Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı

Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı Sosial


Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı “prezidenti hədəf alan hədələyici ifadələr” ittihamı üzrə saxlanılıb.

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu jurnalist Fatih Altaylının barəsində 20 iyun 2025-ci il tarixində sosial media kanallarında paylaşdığı proqramda prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alması və təhdid dolu bəyanatlar yaymasına görə cinayət işi açıb.