İran nüvə enerjisinin inkişafını dayandırmayacaq
Dünya
İranın Atom Enerjisi Təşkilatı bildirib ki, Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hücuma məruz qalıb.
News24.az ISNA xəbər agentliyinə istinadən xəbər verir ki, təşkilatın bəyanatında bildirilir: "Bu səhər tezdən Fordo, Natanz və İsfahandakı nüvə obyektləri İranın düşmənləri tərəfindən vəhşicəsinə hücuma məruz qalıb. Bu, beynəlxalq hüquqa, xüsusən də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir".
Təşkilat ölkənin nüvə obyektlərinə edilən hücumlara baxmayaraq, nüvə enerjisinin inkişafının dayandırılmasının qarşısını almaq niyyətindədir./Teleqraf