Qubada ağır qəza: iki qadın öldü
Hadisə
Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.
Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.