Xəbəri olmadan pay torpağı başqasının adına satıldı... - VİDEO

Xəbəri olmadan pay torpağı başqasının adına satıldı... - VİDEO Sosial

Vətəndaş ona məxsus olan pay torpağının xəbəri olmadan başqasına satıldığını iddia edir.

News24.az xəbər verir ki, Tovuz rayonunun Əyyublu kənd sakini Mehdi Qasımov bildirir ki, atası - Böyük Vətən Müharibəsi iştirakçısı, II qrup əlil mərhum İsrafil Qasımova 65 sot pay torpağı verilib. Şəxsin öz torpağı əkin üçün yararsız olduğu üçün o vaxtkı islahat kommissiyasının müvafiq aktı ilə həmin dövrdə üzümçülük sovxozunun balansında olan sözügedən torpaqla əvəzlənib. 22 il bu torpağı əkib-becərdiyini deyən Mehdi Qasımov vərəsəlik aldıqdan sonra torpağı özəlləşdirmək istəyib.

Onun sözlərinə görə, bir müddətdən sonra bəlli olub ki, sözügedən torpaq sahəsi artıq satılıb və başqa şəxsin mülküyyətinə verilib.