Bakıda naməlum şəxs qadına xəsarət yetirib EVİNİ SOYDU
    • 26-08-2019, 15:01
    • 665

Bakıda naməlum şəxs qadına xəsarət yetirib EVİNİ SOYDU

Mərdəkanda qadına qarşı quldurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gələn naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.