![Bakıda iki nəfəri xəncərlə hədələyərək pullarını alan şəxslər saxlanılıblar](/uploads/posts/2018-12/1545119424_d9b4658461485a89acde9b687f1c7672__1440x.jpg)
-
- 18-12-2018, 11:35
- 1 201
Bakıda iki nəfəri xəncərlə hədələyərək pullarını alan şəxslər saxlanılıblar
Bakıda quldurluq etməkdə şübhəli bilinən 2nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.
Polis əməkdaşları müraciətlə bağlı müvafiq tədbirlər görüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
//Report