Sabah peşə təhsili müəssisələrinə qeydiyyat yekunlaşacaq
    • 26-08-2019, 15:36
    • 642

Sabah peşə təhsili müəssisələrinə qeydiyyat yekunlaşacaq

Avqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır. 


Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, ixtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.