İsmayıllıdakı meşə yanğını söndürüldü
    • 26-08-2019, 22:23
    • 1 102

İsmayıllıdakı meşə yanğını söndürüldü

Avqustun 25-də İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
FHN-dən News24.az -a bildiriblər ki, yanğın nəticəsində dağlıq ərazidə 40 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.