Oğuzda meşə yanğını söndürüldü
    • 13-03-2020, 00:18
    • 894

Oğuzda meşə yanğını söndürüldü

Oğuz rayonunun Mollalı kəndi yaxınlığında dağlıq ərazidə üç hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.


Yaxınlıqdakı meşə zolağı alovdan mühafizə olunub.