Oğuzda meşə zolağı yanğından mühafizə olundu - YENİLƏNİB
    • 7-03-2020, 19:59
    • 1 052

Oğuzda meşə zolağı yanğından mühafizə olundu - YENİLƏNİB

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.