Xəzər dənizində zəlzələ
    • 27-08-2019, 09:26
    • 1 122

Xəzər dənizində zəlzələ

Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən News24.az-a verilən məlumata görə, maqnitudası 3,6 bal olan zəlzələ yerli vaxtla saat 02:18-də  Türkmənistan sahillərinə yaxın ərazidə qeydə alınıb.

Zəlzələnin episentri 30 km dərinlikdə olub. Yeraltı təkanlar hiss edilməyib.