Ali məktəbə qəbul olanların nəzərinə! Bu tarixədək qeydiyyatdan keçməsəniz...
    • 27-08-2019, 09:52
    • 736

Ali məktəbə qəbul olanların nəzərinə! Bu tarixədək qeydiyyatdan keçməsəniz...

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 27 avqust saat 17:00-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.