Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların- NƏZƏRİNƏ
    • 2-09-2019, 09:30
    • 709

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların- NƏZƏRİNƏ

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər 2 sentyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.