"Yuventus"da ciddi itki
İdman
"Yuventus"un futbolçusu Nikolo Savona zədələnib.
News24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
22 yaşlı müdafiəçi klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunun "Mançester Siti" ilə oyunda (2:5) sıradan çıxıb.
Savobabıb 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.
Qeyd edək ki, Savona geridə qalan mövsüm "Yuventus"la 37 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib./qol