Üç Baltikyanı ölkə bu sazişdən çıxır: Qərar BMT-yə çatdırıldı

Üç Baltikyanı ölkə bu sazişdən çıxır: Qərar BMT-yə çatdırıldı Dünya


Üç Baltikyanı ölkə BMT-ni piyada əleyhinə minaları qadağan edən konvensiyadan (Ottava Konvensiyası) çıxacaqları barədə xəbərdar edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də Latviya, Estoniya və Litva konvensiyadan geri çəkilmək barədə sənədlər təqdim ediblər. Qərar altı aydan sonra qüvvəyə minəcək.

Latviya tərəfi qeyd edib ki, belə bir qərar ölkənin və onun əhalisinin müdafiəsini gücləndirəcək. Estoniya Xarici İşlər Nazirliyi bildirib ki, Avropada təhlükəsizlik problemlərinə görə ölkə öz milli müdafiəsini gücləndirmək istəyir. Litva isə belə bir qərarın asan qəbul olunmadığını vurğulayıb.