"Facebook" həftəni problemlərlə başladı - ŞİKAYƏTLƏR SƏNGİMİR
    • 27-08-2019, 11:30
    • 675

"Facebook" həftəni problemlərlə başladı - ŞİKAYƏTLƏR SƏNGİMİR

"Facebook" sosial şəbəkəsində növbəti dəfə problemlər yaşanır. 

News24.az xəbər verir ki, saytda yaranan əsas çətinliklər hesaba daxil olmaq, şəkillərin yüklənməsi və ümumiyyətlə sosial şəbəkənin fəaliyyəti ilə bağlıdır. 

Şikayətlər isə əsasən Almaniya, Böyük Britaniya, İsveçrə, Yunanıstan, ABŞ və Kanadadandır.