İki qurum valideynlərə çağırış etdi: Uşaqları Aşura mərasimlərinə aparmayın
Sosial
İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.