Tolikin paylaşdığı VİDEO GÜNDƏM OLDU - Məsələyə Baş Polis İdarəsi qarışdı
    • 27-08-2019, 15:46
    • 2 262

Tolikin paylaşdığı VİDEO GÜNDƏM OLDU - Məsələyə Baş Polis İdarəsi qarışdı

Sosial şəbəkələrdə, eləcə də bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin “Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialar səsləndirib. 

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev News24.az-a bildirib ki, tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur: “Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”. 

E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dəqiqləşdirilmə aparılmaqla yayımının təmin olunmasını jurnalistlərə tövsiyə edirik. Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir.