Millimiz yoldaşlıq oyununda məğlub oldu

Millimiz yoldaşlıq oyununda məğlub oldu İdman


Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

News24.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gəlib.

Minskdəki “Traktor” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.