Koçaryan azadlığa buraxıldı, hücuma məruz qaldı
    • 14-08-2018, 14:39
    • 992

Koçaryan azadlığa buraxıldı, hücuma məruz qaldı

Ermənistanda eks-prezident Robert Koçaryanın azadlığa buraxılması ilə əlaqədar etiraz aksiyası başlayıb.

Aksiya iştirakçıları əvvəlcə İrəvanın mərkəzindəki “Erebuni plaza”nın qarşısında mitinq keçiriblər. Polis binanın qapılarını bağlasa da, etirazçılar biznes mərkəzə daxil olaraq konfransın keçiriləcəyi zala soxulublar. Onlar Koçaryanın oturacağı masanın qarşısına toplaşaraq “Robert-qatil” deyə qışqırmağa başlayıblar. 

Siyasətçi özü isə hələ konfransa gəlməyib.
 
Qeyd edək ki, ötən gün Apellyasiya məhkəməsinin qərarı ilə Robert Koçaryan azadlığa buraxılıb. 

//Qafqazinfo