-
- 28-08-2019, 10:58
- 1 304
Azərbaycan ekzoplanet və ulduza ad verəcək
2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) 100 illiyini qeyd edir.
Bu münasibətlə Beynəlxalq Astronimiya İttifaqı dünya ölkələrinə ulduzlara ad vermək imkanı yaradıb. Belə ki, “BAİ100 Ekzoplanetləri Adlandır” qlobal layihəsinin iştirakçı ölkələri onlar üçün təyin edilmiş bir ekzoplanet və onun əsas ulduzuna ad verə biləcəklər. Layihəyə qoşulan 100-ə yaxın ölkə arasında Azərbaycan da yer alır.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından News24.az-a verilən məlumata görə, Milli Müsabiqələr 2019-cu ilin iyun-noyabr ayları aralığında həyata keçiriləcək və BAİ100 Ekzoplanetləri Adlandır İdarə Heyətinin yekun qiymətləndirməsindən sonra yekun nəticələr 2019-cu ilin dekabr ayında elan ediləcək.
Bu müsabiqədə hər kəs iştirak edə bilər və ümumi qaydalara uyğun olmaq şərtilə, istədiyi iki adı (ulduz və planet üçün) təklif edə bilər. Bunun üçün hiperlinkdən istifadə edərək, təklif formasını doldurmaq kifayətdir.
Beynəlxalq Astronomiya İttifaqı səmavi cisimlərin adlarının təyin edilməsi üçün məsul orqandır. BAİ, beynəlxalq əməkdaşlığın 100 illiyini qeyd edərkən, qlobal özünəməxsusluğun əhəmiyyətinə diqqət çəkmək məqsədilə, bu layihə ilə insanların qardaşlaşmasına tövhə vermək istəyir.
Qeyd edək ki, bu, tarixdə ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən ikinci belə müsabiqədir. Birinci müsabiqə 2015-ci ildə baş tutub və müsabiqə çərçivəsində 19 ekzoplanetə ad verilib.
Hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. Azərbaycan üçün “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılıb. HD 152581b ekzoplaneti 2011-ci ildə kəşf edilmiş nəhəng qaz planetidir.
Müsabiqənin Azərbaycanda rəsmi təşkilatçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyidir.
Hər kəsi bu müsabiqədə iştirak etməyə dəvət edirik!