Məktəblərdə Astronomiya günləri KEÇİRİLİR
    • 12-11-2019, 16:05
    • 1 412

Məktəblərdə Astronomiya günləri KEÇİRİLİR

12 noyabr 2019-cu il tarixindən etibarən Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi çərçivəsində “Məktəblərdə Astronomiya Günü” qlobal layihəsinə start verilib.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından News24.az-a verilən məlumata görə, layihəyə əsasən, Şamaxı və Bakı şəhər ümumtəhsil məktəblərində Rəsədxananın alim və mütəxəssisləri tərəfindən məktəblilər üçün astroseminarlar təşkil ediləcək. 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Şamaxı Rayon Təhsil Şöbəsi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçiriləcək təşəbbüsün əsas məqsədi, məktəbliləri ən qədim elm sahələrindən biri olan Astronomiya haqqında məlumatlandırmaq, bu elmin əhəmiyyətini onlara aşılamaqdır.

Qeyd edək ki, "Astronomiya günləri" çərçivəsində məktəblərdə təşkil olunan seminarların sonunda fərqlənən şagirdlərə sertifikatlar təqdim olunacaq.