-
- 21-12-2019, 15:43
- 726
"Məhsəti"- Ekzoplanetlər Müsabiqəsinin QALİBİ OLDU
Fransada Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.
News24.az xəbər verir ki, “BAİ 100 Ekzoplanetləri adlandır” müsabiqəsində 112-i ölkədən 780 min nəfər adam iştirak edib. Azərbaycandan göndərilən təkliflərin arasından “Gəncə” adlı ekzoplanet və onun əsas ulduzu “Məhsəti” seçilib.
BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə Milli Kordinatorlar tərəfindən müsabiqə təşkil edilib, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən 3 ən çox səs toplamış təklif, dəyərləndirilməsi üçün BAİ-na təqdim edilib.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan müsabiqə ölkəmizdə böyük marağa səbəb olub. Tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və s. kimi müxtəlif səpkili mövzuları əhatə edən mindən çox adlarla bağlı təklif qeydə alınıb. Qeydə alınan təkliflər dəyərləndirilib və 10 təklif seçilərək səsverməyə çıxarılıb. İctimai səsvermədə ən çox səs toplamış 3 təklif Beynəlxalq Astronomiya İttifaqına təqdim olunub.
Beynəlxalq Astronomiya İttifaqı müsabiqə nəticələrini dəyərləndirərək, qaliblərin adını açıqlayıb. Azərbaycan üçün təyin edilmiş ulduz və ekzoplanetə Natella Kərimova tərəfindən təklif edilən “Məshəti” və “Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib.