Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu Hadisə


Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hərəkətdə olan “KIA” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.