Fanatlar stadionun girişini TANKLA BAĞLADILAR - FOTOLAR - VİDEO
    • 28-08-2019, 17:48
    • 774

Fanatlar stadionun girişini TANKLA BAĞLADILAR - FOTOLAR - VİDEO

Avqustun 27-də Serbiyanın "Srvena Zvezda" klubu ilə İsveçrənin "Young Boys" klubu arasında qarşılaşmadan öncə maraqlı hadisə yaşanıb.  

News24.az "Reuters" agentlliyinə istinadən xəbər verir ki, Çempionlar Liqasının play-off oyununun cavab matçından əvvəl klubun ev stadionunun girişinə fanatlar T-55 Sovet tankı gətiriblər.

İstismardan çıxarılmış tankı azarkeşlər "Rayko Mitiç" arenasının şimal girişinə aparıblar. Sovet tankı yenidən kamuflyaj rənglərinə boyanıb, tankda heç bir döyüş sursatı və partlayıcı maddələr olmayıb. Bu səbəbdən də tərəfdaşlar aksiyanı təxribat saymaqdan imtina ediblər.

Agentlik bildirir ki, "Srvena Zvezda"nı yüzlərlə pərəstişkarı tankla şəkil çəkdirib, onlardan biri isə deyib: "Bu, təxribat deyil, tamamilə normal haldır. Müharibə 25 il əvvəl sona çatıb" Srvena Zvezda" çərşənbə axşamı, bu gün (yəni, avqustun 27-də) "Young Boys" qəbul edəcək. Bu komandaların ilk oyunu 2:2 hesabı ilə başa çatıb, cavab oyununda da 1:1 hesablı heç-heçə ilə nəticələnib. Lakin qonaq meydançada daha çox qol vuran "Srvena Zvezda" Çempionlar Liqasının qrup mərhələsinə çıxdı".

Qeyd edək ki, T — 55-Sovet tankı 1958-ci ildən 1979-cu ilə qədər istehsal olunub. Model 90-cı illərdə Silahlı münaqişələr zamanı Yuqoslav Xalq ordusu tərəfindən istifadə edilib.