"Qarabağ" qələbə çaldı rəqib darmadağın edildi-3:0
    • 31-07-2019, 23:27
    • 956

"Qarabağ" qələbə çaldı rəqib darmadağın edildi-3:0

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” II təsnifat mərhələsinin cavab matçında “Dandolk”u qəbul edib.
News24.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Atlılar”ın qollarına komandanın yeni transferləri imza atıb. 12 və 87-ci dəqiqədə Xayme Romero fərqlənib, digər qolu isə 76-cı dəqiqədə Aylton Silva vurub.
Xatırladaq ki, bu komandaların Dublində keçirilən oyunu 1:1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kiprin APEOL klubu ilə qarşılaşacaq.