“Qarabağ”ın rəqibi "Linfild" Bakı bulvarında - Şəkillər
    • 28-08-2019, 23:21
    • 902

“Qarabağ”ın rəqibi "Linfild" Bakı bulvarında - Şəkillər

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” dünən axşamdan Bakıdadır.
News24.az klubın saytına istinadən xəbər verir ki, komanda 20 oyunçu, 9 məşqçi və 2 rəhbər şəxs ilə Bakıya gəlib. Oyunçular bu gün şəhər gəzintisinə çıxıblar. Klubun rəsmi saytında Bakının oteldən görünən mavi dəniz mənzərəsini və mavi səması haqda deyilir: “Hal-hazırda Bakıda hava istidir.  Bura gözəl, kosmopolit, səs-küylü, həyat dolu və əlbəttə, Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir”.
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq.