"Qarabağ" qalib gəldi -qrup mərhələsinə vəsiqə qazandı
    • 29-08-2019, 22:14
    • 1 226

"Qarabağ" qalib gəldi -qrup mərhələsinə vəsiqə qazandı

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb.
News24.az xəbər verir ki, Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
Əvvəlcə, 6-cı dəqiqədə Xayme Romero hesabı açıb. "Qarabağ" 89-cu dəqiqədə hesabı artırıb. Abdulla Zubir komandasının ikinci qoluna imza atıb.
Rəqibin sonuncu dəqiqədə vurduğu qol ümumi nəticəyə təsir etməyib.
İlk qarşılaşmada səfərdə 2:3 hesabı ilə məğlub olmuş ağdamlılar bu qələbə sayəsində Avropa Liqasında ümumilikdə beşinci dəfə qrup mərhələsində oynamağa haqq qazanıb.