Tualetdə 21 saniyədən çox qalmaq - TƏHLÜKƏ SİQNALI OLA BİLƏR
Maraqlı
Alimlərə görə, sağlam bir insan ortalama 21 saniyəyə sidiyini etməlidir. ABŞ-da aparılan araşdırma göstərib ki, 3 kiloqramdan artıq olan bütün məməlilər, o cümlədən insanlar da bu müddətdə sidik ifraz edir.
News24.az xəbər verir ki, əgər bu müddət 21 saniyədən çox çəkirsə, bu sidik kisəsinin həddindən artıq dolduğunu və ya başqa sağlamlıq problemini göstərə bilər. Əksinə, tez-tez və az miqdarda sidik ifrazı da “aşırı aktiv sidik kisəsi” əlaməti ola bilər.
Mütəxəssislər bildirir ki, bu cür hallar davamlıdırsa, həkimə müraciət etmək vacibdir.
Xeyrənsə Piriyeva