Trampdan 35% gömrük vergisi - GƏLDİ

Trampdan 35% gömrük vergisi - GƏLDİ Dünya

ABŞ sabiq prezidenti Donald Tramp 1 avqustdan etibarən Kanadadan gələn bütün məhsullara 35% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. 

News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Bu qərar, ABŞ-ın Kanadaya ticarət təzyiqini artırması və ticarət müharibələrinin yenidən alovlanması kimi dəyərləndirilir. Tramp, həmçinin fentanil axınının qarşısını almaq üçün Kanadanın daha çox səy göstərməli olduğunu bildirib.

Yeni tarif paketinə bəzi digər ölkələr də daxildir — Braziliyaya 50%, bəzi dərmanlara isə 200%-ə qədər əlavə vergi tətbiqi nəzərdə tutulur. Analitiklər bu addımların qlobal ticarət gərginliyini artıracağını və iqtisadiyyata mənfi təsir göstərəcəyini bildirirlər.

Xeyrənsə Piriyeva