Peruda güclü zəlzələ oldu
Dünya
Peruda 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 370 mindən çox əhalisi olan Uankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 118 kilometr dərinlikdə olub.