"Sivrisinek" virusu - YAYILIR

"Sivrisinek" virusu - YAYILIR Sağlamlıq

Fransa ilə Almaniya sərhədində, səfər etməyən bir nəfərdə chikungunya virusu aşkarlanıb. Bu, virusun artıq yerli sivrisineklərlə yayıldığını göstərir.

News24.az xəbər verir ki, Chikungunya virusu əsasən Asiya kaplan sivrisineyi vasitəsilə keçir. Yoluxanlarda yüksək hərarət, baş və oynaq ağrısı olur. Çoxu bir həftəyə sağalır, lakin hamilələr, körpələr və xroniki xəstələr üçün risklidir.

Almaniyada iki peyvənd mövcuddur: Ixchiq və Vimkunya. Lakin Ixchiq yaşlılarda yan təsir riski səbəbilə yenidən qiymətləndirilir. Virusun yayıldığı bölgələrə Alsace (Fransa), Baden-Württemberg, Berlin, Hessen və Bavyera daxildir. Bu ərazilərdə kaplan sivrisinekləri geniş yayılıb.

Qorunmaq üçün:

Uzun paltar geyinmək

Sprey və digər vasitələrdən istifadə etmək

Yoluxma əlamətləri olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Xeyrənsə Piriyeva