2 yaşlı uşaq atasının sürdüyü mikroavtobusun altında qaldı - – həyatını itirdi
Hadisə
2 yaşlı uşaq atasının sürdüyü mikroavtobusun altında qaldı – həyatını itirdiTürkiyənin Bayburt şəhərində ürək yandıran hadisə baş verib.
News24.az Sonxeber.az-a istinadla xəbər verir ki, sözügedən ərazinin Səfa küçəsi önündə yerləşən evin qarşısında 2 yaşlı uşaq atasının idarə etdiyi mikroavtobusun vurması nəticəsində dünyasını dəyişib.
Məlumata görə, sürücü ata H.D. geri manevr edərkən mikroavtobusun arxasında olan 2 yaşlı oğlu E.A.D.-ni görməyərək ona çırpıb.
Hadisədən sonra uşaq atası tərəfindən Bayburt Dövlət Xəstəxanasına aparılıb. Lakin xəstəxanada bütün müdaxilələrə baxmayaraq, 2 yaşlı uşaq həyatını itirib.
Baş verən faciəvi hadisə ailədə böyük kədər və yas yaradıb.