Əli Nağıyev yeni rəis - TƏYİN ETDİ

Əli Nağıyev yeni rəis - TƏYİN ETDİ Sosial
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) kadr dəyişikliyi olub.

News24.az xəbər verir ki, bununla bağlı müvafiq əmri DTX-nin rəisi, general-leytenant Əli Nağıyev imzalayıb.

Əmrə əsasən, Fuad Rəsulov DTX-də idarə rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Fuad Rəsulov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat almışdı. Hazırda bu vəzifəyə təyinat yoxdur.