Xaçmazda avtomobil xətti zədələdi, 860 abonent qazsız qaldı
    • 29-08-2019, 22:47
    • 695

Xaçmazda avtomobil xətti zədələdi, 860 abonent qazsız qaldı

Naməlum avtomobil sürücüsü avqustun 29-u axşam saatlarında orta təzyiqli Xaçmaz-Yalama qaz xəttini zədələyib.
News24.az xəbər verir ki, qaz xəttinin ciddi zədələnməsi səbəbindən Yalama kəndində 860 abonentin “mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, hazırda qaz xəttinin təmir-bərpa işləri həyata keçirilir.
Qısa müddətdə kənddə qaz təchizatı bərpa olunacaq.
Faktla bağlı araşdırma aparılır.