Pulsuz ali təhsil alacaq şəxslərin sayı açıqlandı

Pulsuz ali təhsil alacaq şəxslərin sayı açıqlandı Sosial

“Ali məktəblərə qəbul olanların 46,69 faizi dövlət hesabına təhsil almaq imkanı əldə edəcək”.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunmuş müzakirələrdə deyib.

Onun sözlərinə görə, bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.