Nazilə SÖZ ATDI: “Oxusun, amma ağzını açıb danışmasın”

Nazilə SÖZ ATDI: “Oxusun, amma ağzını açıb danışmasın” Şou

“Oxusun, amma ağzını açıb danışmasın”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri  şairə Nazilə Səfərli “Zaurla Günaydın” verilişində deyib.

O, səsi olan, amma özünü hörmətdən salan müğənnilərdən danışıb və onlara atmaca atıb:

“Bəzi müğənnilər var, sevilir, yaxşı səsi var, trenddə də birincidir. Amma ağzını açıb danışanda gözdən düşür. Ona görə də o müğənnilər elə trenddə birinci olsun, oxusun, amma danışmasın”.