-
- 30-08-2019, 15:34
- 926
Ağdamda ödənişsiz tibbi xidmət aksiyası - FOTOLAR
Avqustun 30-da ”Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan 1 saylı Bakı dəmir yolu xəstəxanasının və Ağdam Medilife Klinikasının birgə təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.
”Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəbhəyanı ərazilərdə yaşayan yerli və ətraf rayon sakinlərinin, eləcə də qaçqın və məcburi köçkün ailələrinin yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməklə sağlamlığının qorunmasına imkan yaratmaq olub.
Gün ərzində 100-dən çox yerli sakinə yüksək səviyyədə tibbi xidmət göstərilib.
Aksiyada qastroenteroloq-hepatoloq İlqar Alışov, dermato-veneroloq androloq İbrahim Rzayev və ümumi cərrah Ramil Nəsirov kimi peşəkar həkim heyəti cəbhəyanı bölgədə yaşayan soydaşlarımızı müayinə və müalicə ediblər.