Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”

Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır” Şou

“Ə, o 20 manata toya gedən adamdır. O kimdir ki, ondan soruşursan, maşınını neçəyə almısan?!”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri  müğənni Tacir Şahmalıoğlu “Tarixin bir günü” verilişində deyib.

Sənətçi bəzi sənəti olmayanları tərifləyib dağ başına qaldıran aparıcılara əsəbiləşib:

“Baxırsan, verilişdə sənətkarlar əyləşib. Aparıcı onların yanlarında sənətdən xəbəri olmayan birinə sual verir ki, maşınını neçəyə almısan, haradan almısan? Ə, o 20 manata toya gedən adamdır. O kimdir ki, ondan soruşursan, maşınını neçəyə almısan?! Sənin nəyinə lazımdır axı onun maşını?! Sən sənətdən sual ver, qoy, sənətdən danışsınlar”.