Deodorantların satışı - DAYANDIRILDI!
Maraqlı
ABŞ Qida və Dərman İdarəsi (FDA), istehsal standartlarına uyğun olmayan 67 mindən çox Power Stick markalı deodorant məhsulunun geri çağırıldığını açıqlayıb. Qərar, məhsulların istehsalında ciddi uyğunsuzluqlar – yəni cGMP sapmaları aşkar edildikdən sonra verilib.
News24.az xəbər verir ki, geri çağırılan məhsullar Walmart, Amazon və Dollar Tree kimi ölkə miqyasında fəaliyyət göstərən mağazalarda satışda olub. FDA istehlakçılara bu deodorantlardan istifadə etməməyi və dərhal geri qaytarmağı tövsiyə edir.
Geri çağırılan məhsullar:
Power Stick for Her Roll-On Antiperspirant Deodorant Powder Fresh
Power Stick Invisible Protection Roll-On Antiperspirant Deodorant Spring Fresh
Power Stick Original Nourishing Invisible Protection Roll-On Antiperspirant Deodorant
Məhsulların istehsalçısı A.P. Deauville rəsmi internet saytında bildirib ki, deodorantlar FDA tərəfindən nəzarət olunan Pensilvaniya müəssisəsində istehsal olunur. Lakin aparılan yoxlamalar həmin müəssisədə istehsal keyfiyyəti baxımından ciddi pozuntuların olduğunu ortaya çıxarıb.
Qeyd edək ki, şirkət yalnız deodorant deyil, şampun, bədən losyonu, duş geli və üz təmizləyici salfetlər kimi digər şəxsi qulluq məhsulları da istehsal edir.
Xeyrənsə Piriyeva