Bakıda restoran yandı
    • 31-08-2019, 01:40
    • 663

Bakıda restoran yandı

Bakı şəhərində yanğın hadisəsi olub.
News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yanğın Nizami rayonunda ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli tikilidə baş verib. 
Mətbəxin tüstü bacasında yağ qalıqları və hava təmizləyici qurğunun mühərriki yanıb. Mətbəx və restoran yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.