-
- 31-08-2019, 10:25
- 1 086
Çin Elmlər Akademiyası ATU ilə əməkdaşlıq edəcək - FOTO
Çin Xalq Respublikasının Elmlər Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Tibb Universitetində qonaq olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Çin Elmlər Akademiyasının Fizika-Kimya Texniki İnstitutunun direktor müavini, Çin Elmlər Akademiyasının Dərman araşdırılması və inkişafı mərkəzinin direktoru Haji Akbar Aisanın başçılıq etdiyi nümayəndə heyəti ilə ATU rəhbərliyi arasında görüş keçirilib. ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev görüşdə ölkəmizin tarixi, sosial-iqtisadi durumu, təhsillə bağlı həyata keçirilən islahatlar və digər önəmli məsələlər haqqında qonaqlara məlumat verib.
Tanışlıq xarakteri daşıyan görüş zamanı həmçinin Tibb Universitetinin yaradılması, fəaliyyəti, mövcud tədris və təhsil sistemi, beynəlxalq əlaqələr barədə ətraflı bilgi çinli alimlərin diqqətinə çatdırılıb. Qeyd edib ki, 8 minə yaxın tələbəsi olan ATU-da 3 dildə tədris aparılır. Burada 25 ölkədən tələbə təhsil alır. 1300-dən çox pedaqoji kadrı olan ATU-da 60 elmlər doktoru, 850 elmlər namizədi, 120 professor və 324 dosent çalışır.
ÇXR Elmlər Akademiyasının Vitse-Prezidenti, Fizika İnstitutunun direktoru cənab Enge qeyd edib ki, səfərin məqsədi təcrübə mübadiləsi aparmaq, həmçinin birgə layihələrin reallaşdırılması imkanlarını araşdırmaqdır. Professor Enge yaxın vaxtlarda Çin Elmlər Akademiyasının Fizika İnstitunun nəzdində əczaçılıq mərkəzi yaradılıb. Bu mərkəzin işinin təkmilləşdirilməsi, fəaliyyətinin daha səmərəli qurulması üçün ATU ilə əməkdaşlığın təməlinin qoyulmasıının tərəfdarı olduğunu bildirdi. Azərbaycanın müalicəvi bitkilərlə zəngin olduğunu nəzərə alaraq, ATU ilə əməkdaşlığın böyük fayda verəcəyindən əmin olduğunu bildirdi.
Görüşdə birgə əməkdaşlığın ilkin konturları müəyyənləşdirilib, birgə sazişin imzalanması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Çin Elmlər Akademiyasının nümayəndə heyətinin üzvlərindən biri - Sinzyan Fizika və Kimya Texniki İnstitutunun direktor müavini Haji Akber Aisa artıq 20 ilə yaxındır ki, Özbəkistanın elmi mərkəzləri ilə əməkdaşlıq edir. Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev, rektor müşaviri dosent Zülfüqar Musabəyov, ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev iştirak edirdi.