Prezident sörfinqdən yıxıldı

Prezident sörfinqdən yıxıldı Hadisə

Polşa Prezidenti Anjey Duda jurnalistlərə bacarığını nümayiş etdirmək istəyərkən sörfinq taxtasından dənizə yıxılıb.

News24.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

Qəzet yazır: "Dənizə çıxandan sonra Duda taxtanın üstündə qalmağa çalışsa da, bacarmayıb və yıxılıb. Təcili yardım xidmətinin əməkdaşları ona köməyə gəliblər".

Hadisə Hel yarımadasındakı Yastarnya şəhərindəki Yurata çimərliyinin yaxınlığında baş verib.