Rusiya turist axınını bu ölkələrə - AZALDACAQ
İqtisadiyyat
2025-ci ildə Rusiyadan Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfər edən turistlərin sayında 1%-dən az azalma gözlənilir. Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyasının (ATOR) İcraçı direktoru Maya Lomidzə TASS-a açıqlamasında bildirib.
Bu barədə News24.az Taass-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişəyə baxmayaraq, turizm bazarında sabitlik bərpa olunmaqdadır: “Bəzi şirkətlərdə satışlar bir həftə ərzində 40%-ə qədər azalsa da, bu, qısamüddətli idi və hazırda bərpa başlayıb. İlin sonunadək azalma minimal olacaq.”
2024-cü ildə təxminən 2 milyon rusiyalı turist BƏƏ-ni, 1.48 milyon nəfər isə Misiri ziyarət edib.
Xeyrənsə Piriyeva