Karapetyan məhkəmədə qalib gəldi

Karapetyan məhkəmədə qalib gəldi Dünya

Biznesmen Karen Karapetyan Ermənistan hökumətinə qarşı beynəlxalq arbitraj məhkəməsində qələbə qazanıb.

News24.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Karapetyanın vəkili bildirib.

O qeyd edəb ki, iş üzrə mübahisə "Elektroseti Armenii" (Ermənistanın Elektrik Şəbəkələri) şirkətinin milliləşdirilməsi ilə bağlı olub.

"Məhkəmə Karapetyanın mövqeyini əsaslı sayaraq, onun hüquqlarının pozulduğunu tanıyıb",- vəkil deyib.

Qeyd edək ki, "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib. Bundan sonra onun biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və digər bölgələrdə "Pizza Taşir" MMC-nin bir sıra pitsa mağazaları bağlanıb. Bundan başqa, ölkə hakimiyyəti Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.