Öz üzünü məhv etmiş qız yeni simasına qovuşdu - VİDEO
    • 15-08-2018, 12:48
    • 1 574

Öz üzünü məhv etmiş qız yeni simasına qovuşdu - VİDEO

21 yaşlı amerikalı Keti Stubbfild dünyada üz transplantasiyası əməliyyatına məruz qalmış ən gənc insandır.

2014-cü ilin mart ayında, 18 yaşı olanda Keti qardaşının Missisipidəki evində, vanna otağında intihar etmək istəmişdi.

O, tüfəngin lüləsini üzünə dayayaraq atəş açmışdı.

İntiharın səbəbi Ketinin ağır depressiyada olması idi. Çünki 2013-cü ilin ortalarından başlayaraq Keti Stubbfild mədə-bağırsaq sistemindəki fəsadlarla bağlı bir neçə dəfə əməliyyat olunmuşdu. Daha sonra Ketinin valideynləri işdən qovuldular, işsiz qaldılar. Bütün bunlar azmış kimi Ketinin sevgilisi də onu tərk etmişdi.

İntihar cəhdindən sonra sağ qalan Keti üç hospitalda müalicə olunub. Son 4 il ərzində o, 22 ağır və mürəkkəb əməliyyatlara məruz qalıb.
Son əməliyyatda Ketiyə 31 yaşlı Adrea Şnayderin üzü transplantasiya olunub. Həddən artıq narkotik maddə qəbul etdiyinə görə keçinmiş A.Şnayderin müxtəlif orqanları indiyədək 7 nəfərə yeni həyat verib.

Klivlend klinikasında 11 cərrahın iştirak etdiyi əməliyyat 31 saat davam edib. Bu zaman virtual reallıq və ZD çapı texnologiyalarından istifadə olunub.