Azərbaycanda qadağan olunan porno saytlara necə girmək olar?
    • 15-08-2018, 12:48
    • 12 860

Azərbaycanda qadağan olunan porno saytlara necə girmək olar?

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə porno sayta giriş qadağan olunub. 

Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan mövzu insanlarda fikir ayrılığı yaradıb. 

Belə ki, bir çoxları qadağanı dəstəkləsə də, buna etiraz edənlər də tapılıb. Çünki sözügedən kontentin ölkəmizdə yetəri qədər gizli pərəstişkarları mövcuddur. Hətta ölkəmiz hər il axtarış sistemləri tərəfindən təqdim olunan reyting cədvəlində sözügedən saytlara giriş üzrə ön sıralarda olur. 

18+ kateqoriyasına aid olan və çoxlarını maraqlandıran "Qadağan olunmuş saytlara necə daxil olaq?" sualının cavabı isə çox sadədir. Bunun üçün VPN xidmətin istifadə etmək olar. 

VPN (Virtual private Network) — iki kompüter arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrləyərək ötürən əlaqə vasitəsidir. Hazırda brauzerlərdə ("Chrome", "Opera", "Mozilla") ən çox istifadə olunan "ZenMate" adlı əlavədir. Bu zaman siz yaşadığınız ölkəni təqdim olunan digər ölkə ilə dəyişirsiniz. 

"ZenMate" pulsuzdur. Sadəcə brauzerin "Addons" bölməsindən yükləmək lazımdır.