Reperlərin qiymətləri açıqlandı - ŞOK RƏQƏMLƏR
    • 2-09-2019, 10:17
    • 1 127

Reperlərin qiymətləri açıqlandı - ŞOK RƏQƏMLƏR

Məşhur reperlərin konsert və reklam qiymətləri açıqlanıb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qiymətlərin yüksək olması diqqət çəkib.

Siyahının ilk sırasında son günlər "YouTube"da ən çox dinlənilən reper Reymendir. Konsert üçün 150 min TL qonorar alan Reymenin reklam qiyməti isə 1 milyon TL-dir. 

Reper Ezhel də həmkarı Reymen kimi konsert üçün 150 min TL tələb edir. Lakin onun reklam qiyməti 500 min TL-dir. 

100 min TL qarşılığında səhnəyə çıxan Ceza, 600 min TL-yə isə reklam edir. 

Son zamanlar adı qalmaqallarda hallanan Ben Feronun konsert qiyməti 120 min TL, reklam qiyməti isə 400 min TL-dir. 

Norm Enderin isə reklam qiyməti 300 min TL-dir. O, konsert verəcəyi təqdirdə təşkilatçılardan 100 min TL alır. 

Gazapizm isə həmkarları arasında ən aşağı qiymətlə konsert və reklama razılaşır. Reperin konsert qiyməti 80 min TL, reklam qiyməti isə 100 min TL-dir.