Həyətində narkotik becərən Xaçmaz sakini ƏLƏ KEÇDİ - FOTO
    • 2-09-2019, 10:28
    • 749

Həyətində narkotik becərən Xaçmaz sakini ƏLƏ KEÇDİ - FOTO

DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş Vilayət Həsənov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan yaş çəkisi 7 kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı Vilayət Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.