Xanımlar toydan öncə bakirəlikləri haqda məlumat verməyəcəklər - MƏHKƏMƏ QANUN QƏBUL ETDİ
    • 2-09-2019, 12:17
    • 1 483

Xanımlar toydan öncə bakirəlikləri haqda məlumat verməyəcəklər - MƏHKƏMƏ QANUN QƏBUL ETDİ

Toya hazırlaşan xanımlar bakirə olub olmamaqları haqda məlumat verməkdən azad olunublar. 

News24.az "South China Morning Post"-a istinadən xəbər verir ki, Banqladeşin Ali Məhkəmsi 25 avqust tarixində bu haqda qanun qəbul edib. Lakin sözügedən qanunun nə vaxt qüvvəyə minəcəyi haqda məlumat verilmir. 

Qeyd edək ki, bundan öncə Banqladeşdə ailə quran xanımlar sənəd üzərində bakirəliyi, boşanması və ya dul olması haqda məlumat verməli idilər.